• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənilər öz xislətindən əl çəkmirlər: İrəvan Moskvaya borclu çıxacaq

SİYASƏT

04 Noyabr 2023 | 10:25 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilər öz xislətindən əl çəkmirlər: İrəvan Moskvaya borclu çıxacaq

Rusiya Ermənistanın Hindistandan aldığı silahları çatdırmaqdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın "Respublika Partiyası"nın sədri Aram Sarqsyan deyib. Onun sözlərinə görə, İran Hindistan silahlarının böyük hissəsini artıq Ermənistana çatdırıb.

Həmçinin qeyd olunub ki, Ermənistanın Rusiyadan silah alınması üçün ödəniş etdiyi 400-600 milyon dollar vəsaitin əvəzində nə silahlar çatdırılıb, nə də pul qaytarılıb.

Politoloq Qabil Hüseynli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ermənilər öz xislətindən əl çəkmək istəmirlər.

Analitik diqqətə çatdırıb ki, Rusiyanın Hindistandan Ermənistana silah daşımağa boyun olması ilə bağlı iddia inandırıcı deyil. Onun sözlərinə görə, bu məsələ elə əvvəlcədən İranla razılaşdırılıb. İran da bu anlaşmanı çox böyük həvəslə yerinə yetirib.

“Borc məsələsi də çox gülünc və absurdur” deyən Q.Hüseynli bildirib ki, ona qalsa, Ermənistan sulah-sursata görə Rusiyaya milyardlarla dollar borcludur. Politoloq qeyd edib ki, İrəvanın Moskvaya borcunun sadəcə az bir hissəsinin əvəzi olaraq Ermənistandakı müəssisələr rus iş adamlarına icarəyə verilib.

Qabil Hüseynli: Rusiyanın Hindistandan Ermənistana silah daşımağa boyun olması ilə bağlı iddia inandırıcı deyil

 “Bu məsələdə ermənilərin Rusiyanı qınamağa haqqı yoxdur. Kimdən silah alırsa, zəhmət çəkib özü gətirsin. Qeyd edim ki, 1991-ci ildən bu yana Rusiyanın kredit, bağışlama və s. adlarla Ermənistana verdiyi silahların dəyərinin həcmi 8,5 milyard dollardır. Yəni hesablasalar, İrəvan Moskvaya borclu çıxacaq. Ona görə də belə absurd ittihamlara Kreml də reaksiya vermir", - deyə Qabil Hüseynli əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026