• Bakı 18° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

“Ermənistan şərtlərə ya xoşluqla əməl edəcək, ya da..."

CƏMİYYƏT

01 Avqust 2022 | 18:47 | Müəllif: Qalib İbrahimoğlu

“Ermənistan şərtlərə ya xoşluqla əməl edəcək, ya da..."

 “Vətən müharibəsinin başa çatmasından 21 aydan çox müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfi bu günə qədər üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmir”.

Bunu Bakıvaxtı.az-a  hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi isə bu və ya digər şəkildə müvəqqəti nəzarət etdikləri ərazidən çıxarmadıqları erməni silahlılarının həmin ərazidə mövcudluğunu leqallaşdırmağa çalışır: “Başqa sözlə desək, üçtərəfli birgə bəyanatı imzalayan ölkələrdən ikisi -  Rusiya və Ermənistan bu bəyanatda üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsi müddətini uzatmaq niyyətindədirlər. Proseslərin bu qədər uzanması Azərbaycanı heç bir halda qane etmir”.

Ə.Vəliyev bildirib ki, atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bərabər ordumuzun şəxsi heyətinin təhlükəsizliyinə qarşı təhdid törətmək cəhdi kimi dəyərləndirilir.

Ekspertin sözlərinə görə, belə olan halda, Azərbaycan qalib tərəf kimi məğlub olan və kapitulyasiya aktı imzalayan Ermənistanı cəzalandırmaq üçün bütün hüquqi əsasları əldə etmiş olur: “Odur ki, tez və ya gec Azərbaycan ya Ermənistan tərəfdən birgə bəyanatın şərtlərinin xoşluqla yerinə yetirilməsinə nail olacaq, ya da şərtlərin Ermənistan tərəfindən yerinə yetirilməsini məcbur edilməsi ilə nəticələnəcək. Hər bir halda birgə bəyanatın şərtləri tam həcmdə Ermənistan tərəfindən yerinə yetiriləcək. Amma bunun hansı yolla yerinə yetiriləcəyi artıq Ermənistandan asılıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR