• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“EuroHome”da dəhşət - Kombi satanı öldürdülər - YENİLƏNİB

HADİSƏ

19 Iyul 2022 | 09:55 | Müəllif: Subhan Mahmudov

“EuroHome”da dəhşət - Kombi satanı öldürdülər - YENİLƏNİB

İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetririlərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq davam edir.

***

18 iyul, 19:34

Paytaxtın Binəqədi rayonunda yerləşən ticarət mərkəzində qətl törədilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində yerləşən “EuroHome” ticarət mərkəzində baş verib.

Belə ki, kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları axtarışa başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026