• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Fransa millisinin futbolçusu komandanı tərk etdi - Maraqlı səbəb

İDMAN

23 Mart 2024 | 00:22 | Müəllif: Subhan Mahmudov

Fransa millisinin futbolçusu komandanı tərk etdi - Maraqlı səbəb

Mamadu Diavara Ramazan ayında oruc tutmaq qadağasına görə Fransanın U-19 futbol yığmasını tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, daha əvvəl Fransa Futbol Federasiyasının prezidenti “Le Figaro” nəşrinə müsahibəsində milli komandanın tərkibində Ramazan ayında oruc tutmağı qadağan edən yeni qaydaları açıqlayıb və bunu təşkilatın nizamnaməsində nəzərdə tutulan neytrallıq prinsipinə riayət etməklə izah edib. Qadağa U-16-dan başlayaraq bütün yaş qrupları üzrə Fransa milli komandalarına şamil edilir.

19 yaşlı forvard yeni qaydalara görə diskomfort hiss etdiyi üçün “Lion”a qayıtmaq qərarına gəlib.

Diavarın əvəzinə Fransanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına Nantdan Demaine Assoumani çağırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026