• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fuad Nəcəfli  Ordubad sakinlərilə görüşdü

CƏMİYYƏT

04 Yanvar 2023 | 15:47

Fuad Nəcəfli Ordubad sakinlərilə görüşdü

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.

Bakıvaxtı.az  xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyik.

Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.

Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aidiyyatı dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Görüşdən sonra Ordubad şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR