• Bakı 12° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Füzuli Rzaquliyevin də məhkəməsi başladı

CƏMİYYƏT

13 Fevral 2026 | 11:02

Füzuli Rzaquliyevin də məhkəməsi başladı

Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etməkdə təqsirləndirilən “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 23 fevrala təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İbtidai istintaqla “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham edilib, barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.


SON XƏBƏRLƏR

12 Fevral 2026