• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gələcəkdə bu ixtisaslara tələbat artacaq

CƏMİYYƏT

21 Iyun 2023 | 11:48

Gələcəkdə bu ixtisaslara tələbat artacaq

“Dövlət və özəl sahədə əmək müqavilələrin sayının bərabərləşməsi böyük uğurdur”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İnsan Resursları Zirvəsində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.

“Hər il 100 min gənc əmək bazarına daxil olur. Onlar üçün dövlət və özəl şirkətlər iş yerləri yarada bilirmi? 

Apardığımız araşdırmanın nəticələrinə görə, bu gün əmək bazarında texniki və texnoloji ixtisaslara tələbat artıb. Sabah isə dördüncü sənayə inqilabının, süni intellektin yaratdığı ixtisaslara tələbat artacaq. 

Proqnozlara görə, gələcəkdə təhsil, rəqəmsal ticarət və kənd təsərrüfatı sahəsində məşğulluq səviyyəsi artacaq”, - deyə E.Əliyev bildirib. 

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi iqtisadiyyatın inkişafı və məşğulluq sahəsində hədəflərə çatmaq üçün Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlayır. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026