Məşhur astroloq Dinçər Günər sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, astroloq "duyğusal üsyanlar" başlığı altında bürclərə xəbərdarlıq edib. Onun sözlərinə görə, Ay ilə Uran arasında kvadrat bucaq var. Və bu da gün ərazində gözlənilməz inkişaflara səbəb olacaq.
"Ay emosional və daxili dünyamızı təmsil etdiyi halda, Uran gözlənilməz və ani dəyişiklikləri simvollaşdırır. Emosional dalğalanmalar və ani əhval dəyişiklikləri baş verə bilər. Birdən özünüzü çox xoşbəxt və ya çox əsəbi hiss edə bilərsiniz",-deyə bildirib.
Astroloq əlavə edib ki, Uranın təsiri altında gözlənilməz hadisələr və təəccüblü inkişaflar baş verə bilər. Eyni zamanda müstəqillik istəyi arta bilər: "Özünüzə daha çox azadlıq və müstəqillik vermək istəyə bilərsiniz. Bu müstəqillik ehtiyacı münasibətlərdə də yarana bilər. Qəfil qərarlar verə bilərsiniz. Ancaq bu qərarları verərkən diqqətli olmalısınız, çünki düşünmədən verilən qərarlar sonradan peşmanlığa səbəb ola bilər".
D.Günər sonda insanları diqqətli olmağa səsləyib və qeyd edib ki, elektrik problemləri, kəsilmələr və ya texnoloji problemlər də günün mövzusudur.
Xəyalə Rza







jpg-1697104479.webp)

jpg-1697104239.webp)




jpg-1697102195.webp)

