• Bakı 34° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Günəş ləkələri: Necə qurtulaq?

CƏMİYYƏT

11 Avqust 2023 | 12:28

Günəş ləkələri: Necə qurtulaq?

Alın, yanaqlar, yuxarı dodaq bölgəsi, burun, çənə, boyun və qollar kimi günəşə məruz qalan yerlərdə Günəş ləkələri meydana çıxır. Və bu görüntü olaraq insanlara problemlər yaradır.

Bakıvaxtı.az-ın məlumatına görə, mütəxəssislərin araşdırmaları nəticəsində məlum olub ki, gün ləkələrindən qısa müddətdə xilas olmaq olar. Ümumiyyətlə, Günəş ləkələrinin əmələ gəlməsinə bir çox amillər səbəb olur. UV şüalarına məruz qalma günəş ləkəsinin yaranmasına səbəb olan ən mühüm faktorlardan biridir.

Tibbi müalicələrdə, xüsusilə evdə istifadə olunan məhsullar yerli olaraq tətbiq olunan azeleik turşusu, kojik turşusu, retinoik turşusu və hidrokinon qrupunun aktiv maddələrini ehtiva edir. Bunlar melanin istehsalını azaltmaqla öz təsirlərini göstərir. Evdə istifadə olunan məhsullar xaricində, dermatoloji klinikalarda tətbiq edilən pilinq tətbiqləri günəş ləkələrinin müalicəsində yaxşı seçimdir. Pilinq məqsədləri üçün alfa hidroksid turşuları, fenol, TCA, rezorsin, beta hidroksid turşuları, kojik turşu, salisilik turşu və digər kimyəvi pilinqlər tək və ya kombinasiyada istifadə olunur. Ləkə səthi üst təbəqələrdə olarsa, daha asan müalicə edilə bilər.

Günəş ləkələrinin müalicəsində kimyəvi pilinqdən başqa dermabraziya və mikrodermabraziya, kriyoterapiya, mezoterapiya, yüngül müalicələr də tətbiq oluna bilər. Müalicədən sonra günəş kremi istifadə edilməməsi yeni ləkələrin yaranmasına səbəb ola bilər.

Verilən məlumata əsasən, Günəş ləkəsi müalicəsi bir seansla nəticələnmir. Günəş ləkəsi müalicəsinin müddəti və müvəffəqiyyəti ləkənin dərinliyindən, yerindən və dəri tipindən asılıdır. Aparılan müalicənin  yan təsirləri xüsusilə, tünd dərili şəxslərdə biruzə verir.

Günəş ləkəsinin müalicəsi ilə bağlı qərar verərkən, "Ləkə dərindirmi?" "Xəstənin dəri növü nədir?" suallarını vermək və ona uyğun müalicəni planlaşdırmaq lazımdır. Günəş ləkəsi müalicəsinin müvəffəqiyyətinə təsir edən ən əhəmiyyətli faktor nəmləndirici və günəş kreminin istifadəsinə diqqət yetirməkdir.

Günəş ləkəsi müalicəsi hansı mövsümdə aparılmalıdır?

Günəş ləkələrinin müalicəsi payız və qışda aparılmalıdır. Yazdan yayına keçid dövründə və yay aylarında günəş ləkələrinin müalicəsini tövsiyə edilmir. Günəş ləkəsi müalicəsi zamanı günəşdən qorunmaq çox vacibdir. Xüsusilə, ləkə müalicələrindən sonra insanlar yeni ləkələrin əmələ gəlməsinin qarşısını almaq üçün həyatları boyu günəşdən qoruyucu vasitələrdən istifadə etməlidirlər. Əsas məqsədimiz günəş ləkələrini müalicə etməkdənsə, bu ləkələrin əmələ gəlməsinin qarşısını almaqdır.

Qeyd edək ki, əsas məsələlərdən biri də Günəş ləkələrini tamamilə yox etməyin mümkün olub, olmamağıdır.

Günəş ləkəsinin müalicəsi çətin və səbirli bir prosesdir. Bir ay ərzində müxtəlif tibbi məhsullarla ləkələrdən azad ola bilsək də, bəzən bütün üsullara baxmayaraq, hormonal faktorlar, istifadə edilən dərmanar təsir etməyə bilər və  müalicə uzun zaman davam edər.

Xəyalə Rza


SON XƏBƏRLƏR

01 Avqust 2025