• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gürcüstanda parlament seçkilərinin nəticələri noyabrın 21-də açıqlanacaq

DÜNYA

25 Oktyabr 2024 | 14:55 | Müəllif: Əli Hüseynov

Gürcüstanda parlament seçkilərinin nəticələri noyabrın 21-də açıqlanacaq

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin yekun nəticələrini noyabrın 21-də açıqlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, MSK seçkilərdən ən geci 26 gün sonra dairə və məntəqə komissiyalarının protokolları və məhkəmənin yekun qərarları əsasında özünün yekun protokolunu dərc edəcək.

Seçkilərin yekunu elan olunduqdan iki gün sonra MSK seçilmiş deputatları qeydiyyata alacaq və onlara müvəqqəti vəsiqə verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR