• Bakı 13° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

CƏMİYYƏT

27 Sentyabr 2022 | 04:20

Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən layihə havadan CO2 qazının yığılmasına və daha sonra onun yer altında saxlanmasına hədəflənib. Los Anelesdən olan CarbonCapture adlı startap sözügedən layihə çərçivəsində ABŞ-ın Vayominq ştatında modul tipli qurğu inşa edir və inşa edilən qurğu 2030-cu ilə kimi hər il havadan 5 milyon ton CO2 qazı yığacaq. İnşa edilən modul tipli qurğunun işinə gələn il start verilməsi planlaşdırılır. Layihənin ilkin məhələsində 25 ədəd bu cür modul tipli qurğu istifadəyə veriləcək.

Sözügedən qurğular il ərzində havadan 12 000 ton CO2 qazı yığma potensialına sahibdirlər. Gələcəkdə isə bu qurğuların sayı daha da artacaq. Modul tipli bu qurğular vasitəsilə havadan CO2 qazının yığılması olduqca baha başa gələn bir prosesdr. Belə ki, havadan 1 ton CO2 qazının yığılması 600$-a başa gəlir. Lakin texnologiyanın inkişafı çərçivəsində qiymət aşağı düşməlidir. Qurğularda olan sorbentli (ətraf mühitdəki qazı, buxarı, həll olmuş məhlulu udan bərk cisimlər və ya mayelər) kartriclər CO2 qazının udulması üçün nəzərdə tutulmuş filtrlər rolunda çıxış edirlər və onları bir neçə dəqiqə ərzində 85 dərəcə Selsi temperatura kimi qızdırmaq lazımdır.

Bu isə öz növbəsində enerji tələb edən bir prosesdir. Layihənin müəllifləri lazımi səviyyədə enerjini külək və Günəş enerji mənbələrindən əldə etməyi planlaşdırırlar. Lakin ilkin mərhələdə enerji qazın yandırılması hesabına əldə ediləcək (technote.az). 2030-cu ildə Project Bison layihəsinin tam gücdə istifadəyə verilməsindən sonra onun il ərzində 2 giqavatt həcmində enerji sərf edəcəyi güman edilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 3 milyona yaxın Günəş paneli 1 giqavatt həcmində enerji istehsal edə bilər.


SON XƏBƏRLƏR

09 Noyabr 2024