Musson yağışları Hindistan və Banqladeşdə insan tələfatına səbəb olub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Banqladeşdə həftəsonu ildırım vurması və torpaq sürüşməsi nəticəsində azı 25 nəfər həlak olub. Ölkənin yeni tarixinin ən güclü musson daşqınlarından zərər çəkmiş şimal-şərq bölgələrində milyonlarla insanın evsiz qaldığı bildirilir.
Ekoloqlar iqlim dəyişikliyinin xüsusilə əhalinin sıx məskunlaşdığı Banqladeşdə daha çox fəlakətlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Hindistanın Assam əyalətində isə daşqınlar nəticəsində 17 nəfər həlak olub.
.
















