• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hinsdistanlı turistlə bağlı xəbərlərə - DİN-dən reaksiya

HADİSƏ

20 Iyun 2022 | 10:11

Hinsdistanlı turistlə bağlı xəbərlərə - DİN-dən reaksiya

Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması barədə fotolar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, vəhşi heyvanlar tərəfindən parçalanmış şəkildə tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir. Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb. Yayılan fotolar daha əvvəl Gürcüstanda çəkilib".

Qeyd edək ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026