“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağrı Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Məmmədovun icraatına verilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.(report)
















