• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İƏT baş katibinin Vətən müharibəsi BƏYANATI

SİYASƏT

08 Aprel 2021 | 20:44

İƏT baş katibinin Vətən müharibəsi BƏYANATI

Torpaqların işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütün müsəlman dünyasının qələbəsidir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, indi Qarabağda bərpa işləri aktualdır.

“Bizim səfərimizin məqsədi odur ki, işğaldan azad edilmiş ərazilərdə rekonstruksiya işlərinin necə aparılmasını müzakirə edək”,-deyə o əlavə edib.

Baş katib qeyd edib ki, Ermənistan işğal müddətində Qarabağda dini abidələri, o cümlədən məscidləri dağıdıb.

“Biz irsin qorunması üçün əlavə addımların atılmasını zəruri hesab edirik”. (oxu.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR