• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İlan və əqrəb sancmaları zamanı nə edək? - Baş toksikoloqdan MƏSLƏHƏT 

CƏMİYYƏT

11 Iyun 2024 | 16:15

İlan və əqrəb sancmaları zamanı nə edək? - Baş toksikoloqdan MƏSLƏHƏT 

İlan sancması ilə bağlı apreldə 7, mayda 11, iyunda isə 6 müraciət daxil olub.

Bu barədə Klinik Tibbi Mərkəzdən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, ölüm halı qeydə alınmayıb.

Havaların isinməsi ilə ilanlar da üzə çıxmağa başlayır. Tez-tez ilan və əqrəb sancması kimi xoşagəlməz hallar ilə qarşılaşırıq. 

Bəs görəsən insanlar nəyə diqqət etməlidirlər? İlan və ya əqrəb sancması zamanı ilkin yardımlar nələrdir?

Bu barədə Bakıvaxtı.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov bildirib ki, apreldən ilan sancması ilə bağlı müraciətlər başlayıb və gürzə ilanının sancması ilə bağlı müraciətlər qəbul olunub.

Onun sözlərinə görə, müraciət edən bütün xəstələrdə toksiki-kimyəvi analizlər aparılıb və bundan sonra ilan zəhərinə qarşı zərdab vurulmuşdur ki, bunun nəticəsində ölüm hallarının qarşısı alınıb.

A.Maqsudov insanlara çay qırağında, meşələrdə, daş-kösək olan sahələrdə diqqətli olmağı məsləhət görüb və qeyd edib ki, ilanlar həmin ərazilərdə yuva sala
və yuvalarına yaxın düşdükdə hücum edə bilər.

Azər Maqsudov, Toksikoloq

Toksikoloq hadisə olduqda ilan sancan sahəni kəsməyin, yandırmağın, qatıq sürtməyin, sarımsaqla məhlul çəkməyin heç bir praktiki əhəmiyyət kəsb etmədiyini diqqətə çatdırıb:

“Yaranın üstünü yod məhlulu ilə işləyib buz qoymaq  və tez bir zamanda zərərçəkəni tibbi müəssisəyə çatdırmaq lazımdır ki, orda tibb işçiləri tərəfindən zərdab vurulsun. Zərdab vurulduqdan sonra 80—85% ölüm təhlükəsi geridə qalır”.

Əqrəb sancmalarından danışarkən, əsas qorxu yaradanın qara əqrəb olduğunu bildirən müsahibimiz, qara əqrəbin sancaması hallarının çox az olduğunu vurğulayıb və qeyd edib ki, ən çox qarşılaşılan sarı əqrəbdir.

Həmsöhbətimiz sarı əqrəbdə təhlükəni toksikoloji tərəfdən götürüldükdə faiz dərəcəsinin az olduğunu, lakin ilk 3 gün zərərçəkənin mütləq həkmin nəzarətində qalmalı olduğunu, lazım olarsa toksiki-kimyəvi analiz aparılmalı olduğunu xatırladıb:

“Amma bizdə əqrəb sancması ilə bağlı ölüm halları qeyd olunmur. Qarşısı alınır və məsləhət verildikdən sonra xəstələr evə buraxılır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024