• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İlk 3 ayda ən çox nəyə pul xərcləmişik

İQTİSADİYYAT

15 Aprel 2024 | 13:08

İlk 3 ayda ən çox nəyə pul xərcləmişik

2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq məhsul satılıb.

Bakıvaxtı.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən vəsaitin böyük hissəsi, 51 faizdən çoxunu ərzaq məhsullarına sərf olunub.

Belə ki, ilin ilk 3 ayında vətəndaşlara 6.9 milyard manatlıq ərzaq, 656 milyon manatlıq içki və tütün məmulatları, 2 milyard manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.

Məlumata görə, alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,1 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,9 manatlıq məhsul alıb. Onun 246,8 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 194,1 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.


SON XƏBƏRLƏR