• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İrandan Naxçıvana qaçaqmalçılıqla yükdaşıma aşkar edildi

HADİSƏ

16 Mart 2024 | 15:16

İrandan Naxçıvana qaçaqmalçılıqla yükdaşıma aşkar edildi

Nəqliyyat qaiməsində qeyd olunmayan məhsullar aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, İran İslam Respublikasından tranzit keçməklə yük gətirən “Reno” markalı yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı keçirilib.

    Baxış zamanı nəqliyyat qaiməsində qeyd olunmayan 1270 kq qarışıq ərzaq, müxtəlif qab-qacaq və mətbəx ləvazimatları, məişət əşyaları, tikinti materialları, eləcə də 16600 ədəd aksiz markası olmayan “Milano” markalı siqaret aşkar edilib.

    Əlavə olaraq qaimədə qeyd olunan 2000 kq findıq yükü də nəqliyyat vasitəsində aşkarlanmayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026