• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail və HƏMAS razılığa gəldi

DÜNYA

21 Noyabr 2023 | 13:43

İsrail və HƏMAS razılığa gəldi

İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında əldə olunan razılığa əsasən, atəşkəs 4 gün davam edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İsrailin hərbi radiosu "Qalei Tzahal" məlumat yayıb.

Razılaşma çərçivəsində 50 girovun azad ediləcəyi gözlənilir: anaları ilə birlikdə uşaqlar və ehtimal ki, yaşlı qadınlar.

Eyni zamanda media qeyd edir ki, HƏMAS silahlıları kiçik girovların müxtəlif yerlərdə olması bəhanəsi ilə atəşkəsin daha uzun müddətə uzadılmasını tələb edə bilərlər.

Bu gün HƏMAS lideri İsmayıl Haniyə İsraillə atəşkəs razılaşmasının yaxınlaşdığını açıqlayıb. Onun sözlərinə görə, hərəkat öz cavabını Qətərə və vasitəçilərə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026