• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İstehlakçılara qaytarılan vəsait 5 dəfə artıb

İQTİSADİYYAT

16 Aprel 2024 | 11:12

İstehlakçılara qaytarılan vəsait 5 dəfə artıb

Bu ilin yanvar- fevral aylarında Azərbaycanda istehlakçılarla bağlanmış müqavilələrin ləğv edilməsi, lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə sahibkarlar tərəfindən 149 min 650 manat vəsait istehlakçılara qaytarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfəyədək artıb.

"Dövlət Xidməti tərəfindən istehlakçıların və sahibkarlıq subyektlərinin istehlakçı hüquqları ilə bağlı məlumatlılığının artırılması istiqamətində aparılan maarifləndirmə tədbirləri öz müsbət nəticəsini verir", - məlumatda deyilir.


SON XƏBƏRLƏR