• Bakı 27° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Jurnalistlər vəsiqəyə görə ödəniş etməyəcək

MEDİA

16 Iyun 2026 | 11:34

Jurnalistlər vəsiqəyə görə ödəniş etməyəcək

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavabı olaraq Medianın İnkişafı Agentliyindən bildirilib.

    Qeyd edilib ki, hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsi ilə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasına dair məsələlər tənzimlənir. “Media haqqında” Qanuna dəyişiklik layihəsinin 2.18.1.2-ci maddəsinə əsasən isə 70.1-ci maddədən “onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası” sözlərinin çıxarılması təklif olunur: "Bu isə o deməkdir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ödənişsiz əsaslarla həyata keçiriləcək".

    Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurum - Media və Yayım Şurası yaradılır.
    Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Iyun 2026