• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Klubların reytinqi: “Qarabağ” dünyada 34-cüdür 

İDMAN

10 Avqust 2024 | 14:40 | Müəllif: Gülşən Şərif

Klubların reytinqi: “Qarabağ” dünyada 34-cüdür

Klubların futbol reytinqi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, İFFHS-in siyahısında planetin ən güclü 503 klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunur. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 197,25 xala malik Qurban Qurbanovun yetirmələri dünyada 34-cüdür. Ağdam klubu 5 pillə irəliləyib.

81 addımlıq sıçrayış edən “Zirə” 76,25 xalla 280-cidir. “Sabah” üç pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən “Neftçi” 57 xalla 431-cidir.

Qeyd edək ki, siyahıya Madrid “Real”ı başçılıq edir – 371 xal. (İdman.biz)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026