BMT-nin Bakıda keçirilən iqlim dəyişikliyi konfransı Cənubi Qafqaz regionu üçün mühüm hadisədir.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” platformasında paylaşımında qeyd edib.
Hökumət başçısı Gürcüstanın iqlim böhranının aradan qaldırılması ideyasına sadiq qaldığını və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam etdiyini qeyd edib.
“Bakıda davam edən BMT-nin iqlim dəyişikliyi konfransında iştirak etmək mənim üçün şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Biz tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyindən qaynaqlanan problemləri və dayanıqlı gələcək üçün onların effektiv həlli yollarını müzakirə etdik. Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiq qalır və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam edir", - Baş nazir bildirib.