Laçında tank mərmisi tapılıb.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Zerti kəndi ərazisində 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



















