• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLAR

CƏMİYYƏT

22 Fevral 2022 | 10:55 | Müəllif: Qalib İbrahimoğlu

Lənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLAR

Lənkəran rayon sakini Həsənov Mahir Rasim oğlu yaşadığı Bağbanlar küçəsinin bərbad olmasından şiyayətlənir.

Bakıvaxtı.az-a ünvanlanan şikayət məktubunda qeyd olunur:

"Hörmətli redaksiya!

Daha öncə aidiyyatı qurumlara yazdığım, lakin cavab almadığım məsələni ictimailəşdirməkdə yardımçı olmağınızı sizdən xahiş edirəm. Belə ki, fotolarda da gördüyünüz küçə Lənkəran şəhərində yerləşən Bağbanlar küçəsidir. Yol bərbad durumdadır. 20-ə yaxın ailənin yaşadığı bu küçədə yaşlı insanlar, məktəblilər və digər sakinlər hərəkət edə bilmir. Hətta təcili tibbi yardım maşınları da küçəyə çətinliklə gəlirlər”.

Şikayətçi iddia edir ki, bu küçənin kəsişdiyi digər küçələr asfaltlansa da, Bağbanlar küçəsi asfalt üzünə həsrət qalıb: “İnanırıq ki, Lənkəran şəhərində aidiyyatı qurumlar yol problemini aradan qaldıracaq, cənub mirvarisi adlandırdığımız şəhərin mənzərəsinə də daha bir töhfə vermiş olacaqlar”.


Lənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLARLənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLARLənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLARLənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLARLənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLARLənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLARLənkəranın Bağbanlar küçəsinin yol dərdinə dərman tapılmır - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026