Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyandan ölkəni tərk etməmək barədə iltizam alınıb.
Azvision.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.
Məlumata görə, bu gün Manukyan İstintaq Komitəsinə çağırılıb.
O, Ermənistanda konstitusiya qurluşunun zorla dəyişdirilməsi, hakimiyyəti ələ keçirmə və ölkənin ərazi bütövlüyünü pozmağa çağırış etməkdə ittiham olunur.
Məlumata görə, Manukyan bu çağrışları fevralın 12-də və 20-də baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdlərdə səsləndirib.
Bakıvaxtı.az
















