• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

MEDİA-dan sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

Gündəm

22 Aprel 2024 | 17:16

MEDİA-dan sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

Medianın İnkişafı Agentliyi sosial şəbəkə istifadəçilərinə çağırış edib.

MEDİA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, çağırışda deyilir:

    "Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur.

    Sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər.

    Qeyd etməliyik ki, ümumiyyətlə son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər.

    Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik".


    SON XƏBƏRLƏR

    20 May 2024