• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Məşədi Dadaş” məscidi fəaliyyətini dayandırıb? - AÇIQLAMA

CƏMİYYƏT

07 Iyun 2021 | 16:42

“Məşədi Dadaş” məscidi fəaliyyətini dayandırıb? - AÇIQLAMA

“Məşədi Dadaş” məscidi bağlanıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, vətəndaşlar ibadət üçün məscidə yaxınlaşdıqlarında girişin bağlı olduğunu görüblər. 

Məsələ ilə bağlı açıqlama verən “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli məlumatı təsdiqləyib.

O bildirib ki, “Məşədi Dadaş” məscidində pandemiya dövründən təmir işləri başlayıb:

“Hələ pandemiya dövründə məscidlərin bağlı olduğu zaman təmir-bərpa işlərinə başlanılmışdı. Biz məscidlərin açılacağı bilmirdik. Bu səbəbdən də təmir işləri yekunlaşana qədər insanları qəbul etmək mümkün olmayacaq. Artıq neçə aydır təmir işləri başladığı üçün yarıda qoymaq qeyri-mümkündür. Təmir işlərinin hansı müddətdə yekunlaşacağı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026