Əvvəllər Taylandın mühüm turizm və ticarət mərkəzlərindən biri olan Lopburi şəhərini, təxminən 3500 meymun ələ keçirib.
Bakıvaxtı.az "N TV"yə istinadən xəbər veirir ki, Meymunların istilası səbəbindən bölgədə həyat dayanıb.
Meymunların istilası səbəbindən şəhərdə bir çox mağaza və iş yeri bağlanıb. Bildirilir ki, şəhərin tarixi yerləri gəzilməz hala düşüb.
Meymunlar ticarət mərkəzlərinə daxil olur, mağazalara ziyan vurur, insanların yeməklərini oğurlayır.
Xatırladaq ki, Lopburidə hər il keçirilən Meymun Festivalı turistlərin böyük marağına səbəb olur.
Şəhər sakinləri şəhərin bəzi hissələrinin tamamilə meymunların nəzarətində olduğunu və dövlətin bu vəziyyətə tez bir zamanda çarə tapmasını istəyirlər.
"Biz qəfəslərdə yaşayırıq, lakin meymunlar çöldədir. Onların nəcisləri hər yerdədir, yağış yağanda qoxusu dözülməz olur", - Lopburi sakini AFP-yə deyib.
Ötən illərdə şəhərdəki meymun populyasiyasını nəzarətdə saxlamaq üçün həyata keçirilən sterilizasiya proqramının dayandırılması ilə onların sayı 6 minə yüksəlib. Səlahiyyətlilər sterilizasiya proqramına qayıtmağa məcbur oldular.
Ay Tac

















