“Milli Məclisə siyasi fəaliyyətinə başlayan İlham Əliyev qısa müddət ərzində Azərbaycanın xoşbəxt yaşamağı üçün çalışdığını göstərdi və xalqın məhəbbətini qazandı”.
Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında Bəxtiyar Əliyev deyib.
“Azərbaycan qısa müddətdə BMT Təhlükəsizlik Şurasında üzv seçildi. Orada hansı işlər görüləcəyi ilə bağlı ədalətli mövqe ortaya qoydu. Prezident İlham Əliyevin siyasəti nəticəsində ərazi bütövlüyümüz tamamilə bərpa edildi. Ermənilər 30 il ərzində bütün əraziləri, təbiəti məhv etmişdilər. Bu gün prezident cənab İlham Əliyev sayəsində həmin ərazilərdə ağıllı kəndlər qurulur, abadlaşdırılır. Azərbaycan ən etibarlı tərəfdaş, hər zaman sülhün, demokratiyanın tərəfində duran ölkədir”.
Aytac Aslan












jpg-1699643843.webp)



