• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Millinin futbolçusu karyerasını bərpa edir

İDMAN

04 Sentyabr 2023 | 14:45

Millinin futbolçusu karyerasını bərpa edir

"Bavariya" klubunun futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını bərpa edir.

Bakıvaxtı.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik 34 yaşlı hücumçunu yoldaşlıq oyunları üçün yığmaya çağırıb.

Təcrübəli futbolçu Dortmund "Borussiya"sında çıxış edən və zədə səbəbindən düşərgəyə qoşula bilməyən Niklas Fyullkruqu əvəzləyəcək.

Qeyd edək ki, Tomas Müller Qətərdəki dünya çempionatı ərəfəsində millidəki karyerasını bitirdiyini açıqlamışdı. Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə yoldaşlıq görüşü keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026