• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdu” - Prezident

SİYASƏT

22 Aprel 2022 | 13:33 | Müəllif: Qalib İbrahimoğlu

“Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdu” - Prezident

"Biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Və yenə də deyirəm təkbaşına, heç bir vasitəçi olmadan".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

Prezident bildirib ki, vasitəçilərə gəldikdə əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər.

"Hesab edirəm ki, bu əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdu. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir”, - deyə dövlər başçısı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR