• Bakı 28° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Narkotik maddə yetişdirən Lerik sakinləri SAXLANILIB

CƏMİYYƏT

13 Iyul 2024 | 09:28

Narkotik maddə yetişdirən Lerik sakinləri SAXLANILIB

Lerik rayonunda qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

Bakıvaxtı.az Daxili İşlər Nazirliyi (DİN) istinadən bildirir ki, Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Məmmədov və Zöhrab Tahirov adlı iki şəxs saxlanılıb.

Həmin şəxslərin yaşadıqları ünvana keçirilən əməliyyat zamanı 26 ədəd çətənə kolu, əlavə olaraq isə Z.Məmmədovun həyətdəki yardımçı tikilidə, Z.Tahirovun isə torpağa basdıraraq gizlətdiyi marixuana aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

07 Avqust 2024