• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Naxçıvanın büdcə gəlirləri 100 milyon manata yaxın artacaq

CƏMİYYƏT

04 Noyabr 2022 | 17:29

Naxçıvanın büdcə gəlirləri 100 milyon manata yaxın artacaq

2023-2026-cı illər üzrə Naxçıvan Muxtar Respublikasının (NMR) büdcə gəlir və xərcləri məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib.

Məlumata görə, gələn il üçün muxtar respublikanın büdcə gəlirləri 646,4 milyon manat, 2024-cü ildə 661,4 milyon manat, 2025-ci ildə 679,4 milyon manat, 2026-cı il üzrə isə 699,4 milyon manat proqnozlaşdırılıb.

Başqa sözlə, 2022-ci ilin təsdiq edilmiş büdcə gəlirləri ilə müqayisədə 2026-cı ildə gəlirlər 15,4% və ya 93,3 milyon manat artıq müəyyən edilib.

Qeyd edək ki, icmal büdcədə muxtar respublikanın gəlir və xərcləri eyni həcmdə nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026