• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ölkədə benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6,3 faiz artıb

İQTİSADİYYAT

15 Oktyabr 2024 | 13:40 | Müəllif: Əli Hüseynov

Ölkədə benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6,3 faiz artıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 430,9 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,3 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR