• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oruc tutan futbolçu qıcolmadan əvəzləndi

İDMAN

11 Aprel 2023 | 00:02 | Müəllif: Subhan Mahmudov

Oruc tutan futbolçu qıcolmadan əvəzləndi

"Monpelye"nin müsəlman müdafiəçisi Mamadu Sako susuzluqdan yaranan ayağındakı qıcolma səbəbindən Fransa Liqa 1-in 30-cu turunda "Tuluza" ilə matçın 78-ci dəqiqəsində (1:2) əvəzlənib.

Bakıvaxtı.az xəbər verir ki, seneqaləsilli fransalı müdafiəçi Ramazan ayında oruc tutduğu üçün susuz qalıb. Bu səbəbdən onun hər iki baldırında sancılar yaranıb və oyunçu əvəzlənib.

Qeyd edək ki, Fransa Futbol Federasiyası (FFF) təşkilatın nizamnaməsinə istinad edərək, Ramazan ayında keçirilən matçlarda müsəlman futbolçular üçün fasilə verilməsinə qarşı çıxıb. Bundan əvvəl İngiltərədə ölkə çempionatının oyunlarında belə fasilələrin tətbiqi qərara alınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026