• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Özümüz iştirak etməsək belə... - Abbaslı seçkini boykot edənlərdən DANIŞDI

SİYASƏT

25 Dekabr 2023 | 11:30

Özümüz iştirak etməsək belə... - Abbaslı seçkini boykot edənlərdən DANIŞDI

"AĞ Partiyada növbədənkənar prezident seçkisində iştirak edib-etməməklə bağlı müzakirələr davam edir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı deyib. 

Partiya rəhbəri bildirib ki, partiyanın müxtəlif strukturlarında - İdarə Heyətində, Sədarət Şurasında seçki ilə bağlı qərar vermək üçün müzakirələr aparılır: 

Müsahibimiz qeyd edib ki, AĞ Partiya hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci güclü təşkilatdır: "Biz namizədlik üçün lazım olan 40 min imzanı çox qısa müddətdə toplaya biləcək gücə, struktura malik partiyalardandır. AĞ partiyada "seçki qəfil elan olundu", "rəqib güclüdür" kimi anlayışlardan daha çox yaxın zamanlarda gözlənilən parlament seçkisinə ciddi hazırlıq görmək müzakirə mövzusudur. Daha doğrusu, AĞ Partiyanın 5-6 ay ərzində iki mühüm seçkiyə hazırlıq görməsi, resurslarını cəmləməsi və hər ikisində uğur əldə etməsi müzakirə predmetidir. Ona görə də resurslarımıza qənaət etmək məsələsi gündəmdədir. Parlament seçkisinədək resurslarımızı qorumaq, yaxud hər iki seçkiyə qatılmaq barədə fikir mübadilələrimiz davam edir. Əsas məsələ budur. Qısa müddətdə qərarımız dəqiqləşəcək. Əminəm ki, seçkidə iştirak qərarı alsaq, ən populyar namizədlərdən biri biz olarıq".

Partiya sədri vurğulayıb ki, boykot məsələsini heç vaxt dəstəkləməyiblər: 

"Seçkidə ya öz namizədimizlə, ya da başqa formada iştirak edəcəyik. Ancaq bu o demək deyil ki, seçkiyə qatılmayacağıq. Özümüz iştirak etməsək belə, üzvlərimiz kimə istəsələr, səs verə bilərlər. Partiya təmsilçiləri seçkidə müşahidəçi də kimi iştirak edə bilərlər. Boykot mənasız, heç bir siyasi-ictimai effekti olmayan aktdır. Ona görə qətiyyən dəstəkləmirik".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR