• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Paşinyan Aİ-yə dair referendum təklifini dəstəklədi

DÜNYA

07 Dekabr 2024 | 19:18

Paşinyan Aİ-yə dair referendum təklifini dəstəklədi

 Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvülüyünə dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ermənistanın Avropa Partiyası"nın rəhbəri Tiqran Xzmalyan açıqlama verib.

Deputat bildirib ki, ölkənin Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını yekunlaşdırıb və yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq.

T. Xzmalyannın sözlərinə görə, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan baş tutacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025