• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Polşa Belarusla sərhədə əlavə canlı qüvvə və texnika göndərir

DÜNYA

08 Iyul 2023 | 00:14 | Müəllif: Subhan Mahmudov

Polşa Belarusla sərhədə əlavə canlı qüvvə və texnika göndərir

Polşa Silahlı Qüvvələri ölkənin Şərq sərhədinə əlavə 1000 əsgər və 200 texnika yerləşdirəcək.

Bakıvaxtı.az bildirir ki, bu barədə 12-ci Şeçin mexanikləşdirilmiş diviziyası məlumat yayıb.

"Biz Polşanın şərqində mövcudluğumuzu gücləndiririk. 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan 1000 əsgər və 200-ə yaxın texnika Polşanın şərqinə hərəkət edəcək", - məlumatda deyilir.

Konvoyların hərəkəti ilə əlaqədar ölkənin şimal, şərq və mərkəzi hissələrində avtomobil yollarında nəqliyyatın hərəkətində artım gözlənilir.

"Əməliyyatın məqsədi sərhədimizdə vəziyyətin sabitliyini pozmaq cəhdlərinə dərhal reaksiya vermək iradəsini və bacarığını nümayiş etdirməkdir", - diviziya qeyd edib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR