Bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib.
“Nə qədər qəribə də olsa, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq. Hadisələrin mümkün və ya qeyri-mümkün inkişafını əvvəlcədən təxmin etməmək üçün onların adlarını deməyəcəyəm. Amma belə təklif olub və indi də var”, - Uşakov bildirib.
O bu sözləri jurnalistlərin Macarıstan və Slovakiya liderlərinin Putinlə son təmasları zamanı Rusiya dövlət başçısına Tramp ilə görüş üçün mümkün platforma kimi öz ölkələrini təklif edib-etməmələri ilə bağlı sualını cavablandırarkən deyib.