• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qarabağ Universitetinə qəbulun VAXTI AÇIQLANDI - Bu ixtisaslar olacaq

CƏMİYYƏT

30 Noyabr 2023 | 16:27

Qarabağ Universitetinə qəbulun VAXTI AÇIQLANDI - Bu ixtisaslar olacaq

“1969-cu ildən başlayaraq Xankəndidə Pedoqoji İnstitutu fəaliyyət göstərib”.

Bakıvaxtı.az az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu il noyabrın 28-də isə Qarabağ Universiteti yaradılıb: “Biz Qarabağ Universitetini 1969-cu ildə qurulmuş hesab edirik. Çünki orada təhsil ənənələri o vaxtdan var”. Müvafiq saylar aparıldığını deyən E.Əmrullayev bildirib ki, həmin ali təhsil müəssisəində yeni tədris ilindən 800 min tələbənin təhsil alması planlaşdırılər: “Ordakı infrastruktur 2-3 min tələbənin təhsil almasına imkan verir. 30-40 nəfər akademik heyət daimi orada yaşamalıdır. Bunu dedikdə prorektor, dekan və müəllim heyətini nəzərdə tuturam. Müəllimlər Xankəndidə, yaxın ərazidə və ya kampusta yaşaya bilərlər”.

O, ənənəvi qəbul ilə tələbələrin 1-ci kursa qəbul edilməsinin planlaşdırıldığını vurğulayıb: “İkinci qrupa daxil olan SABAH qruplarının da Qarabağ Universitetində təşkilini planlaşdırırıq. SABAH qruplarında oxuyan gənclərin bacarıqlı olduğunu düşünürük. Əlavə olaraq, ikili təhsil də düşünürük. Yəni tələbə bir kursu Qarabağ Universitetində oxuya bilər. 4 ixtisasın olmasını düşünürük. Xüsusilə müəllimlik ixtisasə vacibdir. Növbəti ixtisas qrup mühəndisliyə aiddir. Xüsusilə inşaat sahəsi önəmlidir. Bilirsiniz, işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülür, bu baxımdan bu ixtisasa təlabat var. Sosial fənlər üzrə isə tarix, komminukasiya və s. önəmlidir”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024