• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qazaxıstanda yeni müdafiə naziri təyin olundu

DÜNYA

31 Avqust 2021 | 13:58 | Müəllif: Subhan Mahmudov

Qazaxıstanda yeni müdafiə naziri təyin olundu

Qazaxıstan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Murat Bektanov yeni müdafiə naziri təyin olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Nurlan Yermekbayev Jambıl vilayətindəki hərbi hissədə baş vermiş partlayışla əlaqədar istefa vermişdi.

Xatırladaq ki, hərbi hissənin silah anbarında baş vermiş partlayış və yanğın nəticəsində 15 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb. Bir nəfərin isə itkin düşdüyü bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026