Rusiyanın enerji nəhəngi "Qazprom" qazın İtaliyaya axınının bərpa olunduğunu açıqlayıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu taliyanın qaz operatoru Eni də təsdiqləyib. Qeyd olunub ki, "Qazprom"un Avstriya ərazisindən qaz axını bu gün bərpa olunub.
Təchizatların bərpası Avstriyanın tənzimləyici orqanları tərəfindən təqdim edilən yeni qanunvericilik nəticəsində Eni və aidiyyəti tərəflərin qərarı ilə mümkün olub.
Qeyd edək ki, "Qazprom" şənbə günü Avstriyada nəqliyyat problemi ilə əlaqədar İtaliyaya qazın paylanmasını dayandırdığını açıqlamışdı.
Aytac Aslan













jpg-1667456569.webp)


