• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qızı ilə üzəndə köpək balığı hücum etdi...

CƏMİYYƏT

04 Dekabr 2023 | 16:59

Qızı ilə üzəndə köpək balığı hücum etdi...

Meksikada köpək balığının hücumu nəticəsində qadın ölüb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Xalisko əyalətinin Melaque qəsəbəsində 5 yaşlı qızı ilə çimərkən qadın köpək balığının hücumuna məruz qalıb.

Şənbə günü baş verən hadisədə qızı ilə sahildən, təxminən, 25 metr aralıda olan şişmə su parkına tərəf üzərkən köpək balığı 26 yaşlı qadının ayağını dişləyib.

Uşağın hadisədən yara almadan xilas olduğu, anasının isə sürətli müdaxiləyə baxmayaraq qan itkisindən dünyasını dəyişdiyi bildirilib.

Hadisədən sonra səlahiyyətlilər ehtiyat tədbiri olaraq şəhərə və ətraf çimərliklərə girişi qadağan edib.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024