• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

CƏMİYYƏT

22 Sentyabr 2023 | 00:58 | Müəllif: Subhan Mahmudov

"Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

Vaxtilə erməni separatçı rejimi tərəfindən talanan "Qızılbulaq" yatağı Azərbaycan Ordusunun nəzarətinə keçib.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı video görüntülər yayılıb.

Görüntülərdə hərbçilərimizin "Qızılbulaq" mis-qızıl yatağına daxil olduğu əks olunur.

Qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin böyük bir hissəsi erməni separatçaları tərəfindən talanıb, ekoloji fəlakət törədilib. Onlar faydalı qazıntı yataqlarımızın, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarını həyata keçiriblər.

Xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026