• Bakı 18° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Regionlarda səhiyyənin inkişafı ilə bağlı islahatlar hazırlanıb - Vüqar Qurbanov

CƏMİYYƏT

18 Dekabr 2024 | 14:04

Regionlarda səhiyyənin inkişafı ilə bağlı islahatlar hazırlanıb - Vüqar Qurbanov

“Artıq uzun müddətdir ki, regionlarda səhiyyənin inkişafı ilə bağlı islahatlar hazırlanıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, regionlarda həkim çatışmazlığının qarşısını almaq üçün Qərb bölgəsində əsasən cərrahi xidmətlərin daha da təkmilləşdirilməsi üçün yanvar ayından layihəyə başlanılacaq.

“Regionlarda yerləşən İcra Hakimiyyətləri ilə danışıqlar aparılır. Məqsəd odur ki, regionda yaşayan vətəndaş tibbi xidmətu yaşadığı əraziya yaxın müəssisədə alsın. Güman ki, gələn ilin 6-cı ayında yekun müsbət nəticələr əldə edəcəyik”.

Mina Mikayılova


SON XƏBƏRLƏR