• Bakı 6° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Robot cərrahlar 10 il ərzində baş nəqli edə bilər

DÜNYA

04 Iyun 2024 | 10:20

Robot cərrahlar 10 il ərzində baş nəqli edə bilər

Robotların 10 il ərzində insan başını başqasının bədəninə köçürə biləcəkləri iddia edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, inkişafın insan ömrünü uzadacaq nəticələri ola bilər.

Məlumata görə, neyrologiya və biotibbi mühəndislik startapı olan “BrainBridge” süni intellekt və robotlardan istifadə edərək yüksək sürətli transplantasiya həyata keçirəcək yeni texnologiya hazırlamağı planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, robotlar onurğa beynini, sinirləri və qan damarlarını birləşdirəcək, polietilen qlikol isə kəsilmiş neyronları birləşdirmək üçün istifadə olunacaq. Bu maddə periferik sinir zədələnmələrinin müalicəsində faydalı olsa da, baş transplantasiyası kimi prosedurda nə dərəcədə effektiv olacağını təxmin etmək çətindir.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR