Ruminya Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
“Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı faciəvi xəbəri dərin kədər və təəssüflə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir”- deyə paylaşımda bildirilib.