• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Rusiyada yeniyetmə məktəbdə şagirdi bıçaqlayaraq öldürdü - FOTO - VİDEO - YENİLƏNİB

DÜNYA

16 Dekabr 2025 | 15:47

Rusiyada yeniyetmə məktəbdə şagirdi bıçaqlayaraq öldürdü - FOTO - VİDEO - YENİLƏNİB

Moskva vilayətinin Qorki-2 qəsəbəsində yerləşən elit məktəbə edilmiş qanlı hücumun bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisədən sonra polis tərəfindən saxlanılmış və artıq dindirilmiş doqquzuncu sinif şagirdi törətdiyi əməli etiraf edib.

Dekabrın 16-da o, balaklava taxaraq məktəbin binasına daxil olub. O, əlində soyuq silah bir müddət dəhlizlərdə gəzərək sinif otaqlarına baxıb və “hesablaşmaq” istədiyi riyaziyyat müəllimini axtarıb.

Nəticədə onu dayandırmağa çalışan mühafizəçiyə hücum edərək, üzünə bibər qazı spreyi püskürdüb və bıçaqla xəsarət yetirib. Sonra o, daha bir şagirdi yaralayıb və dördüncü sinif şagirdini qətlə yetirib.

***

12:06

Moskva vilayətinin Odintsovo şəhərində məktəbli bir neçə nəfəri bıçaqlayıb.

Bakıvaxtı.az bu barədfə TASS-a istinadla xəbər verir.

Məlumata görə, Qorki-2 kəndində yeniyetmə məktəbə bıçaqla hücum edib.

Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, yeniyetmə uşağı öldürüb, mühafizəçini yaralayıb.

 


SON XƏBƏRLƏR