Kubanda kənd təsərrüfatı torpaqlarını emal edən helikopter qəzaya uğrayıb.
Bakıvaxtı.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildrilib. Qeyd olunub ki, Mi-2 helikopterinin düşməsi nəticəsində bir nəfər ölüb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası işləyir.
“Vəziyyət Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin nəzarəti altındadır”, - idarənin mətbuat xidməti bildirib.















